"İsrail ordusu Qəzza zolağında əməliyyatın quru mərhələsinə hazırlıqlarını davam etdirir, lakin onun başlamasının dəqiq vaxtı barədə danışmaq tezdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciətində deyib.

"Biz HƏMAS-a qarşı kütləvi atəş açırıq, minlərlə terrorçunu öldürdük, bu hələ başlanğıcdır. Bundan əlavə, biz quru əməliyyatına hazırlaşırıq. Bunun nə vaxt olacağını deməyəcəm. Nə olacaq, necə olacaq, nəzərə aldığımız faktorların hamısını açıqlamayacağam. Onların əksəriyyəti ictimaiyyətə məlum deyil", - İsrail lideri bildirib.

Netanyahu təsdiqləyib ki, Qəzza zolağında əməliyyatın əsas məqsədləri dəyişməz qalır: HƏMAS-ın inzibati strukturunun və hərbi potensialının tamamilə ləğvi və anklavda saxlanılan bütün girovların azad edilməsi. 

O vurğulayıb ki, İsrailin hərbi-siyasi rəhbərliyi qələbəyə qədər öz məqsədlərinə çatmaq üçün gecə-gündüz işləyir: "Burada heç bir siyasi faktor yoxdur, bizim qarşımızda yalnız bir vəzifə var - ölkəni xilas etmək, qələbəyə nail olmaq".