“Rəfah da daxil olmaqla, HƏMAS batalyonlarını tamamilə məhv edəcəyik”.

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrində xidmətə çağırılanlarla görüşü zamanı deyib.

“Dünyada bizi dayandıra biləcək heç bir qüvvə yoxdur. Bunu etməyə çalışan çoxlu qüvvələr var, lakin bu kömək etməyəcək”, - deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, hərbçilərin üç əsas məqsədi var: oğurlananları geri qaytarmaq, HƏMAS-ı aradan qaldırmaq və Qəzzanın İsrail üçün təhlükə yaratmamasını təmin etmək: “Və dördüncü məqsəd də var: HƏMAS bizi məhv etməyə çalışan İranın şər oxunun bir hissəsidir. Biz HƏMAS-ı məğlub etdikdə, bu, təkcə HƏMAS üzərində qələbə deyil, ox üzərində qələbə olacaq”.

Qeyd edək ki, bundan əvvəl Netanyahu bildirib ki, İsrail qüvvələri yüksək rütbəli komandirlər də daxil olmaqla, HƏMAS-ın 24 batalyonundan 19-nu zərərsizləşdirib.