"İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb, ölkə hakimiyyəti bütün məhbusların azad edilməsinə və anklavda hərbi əməliyyatın bütün məqsədlərini yerinə yetirmək niyyətindədir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Biz qaçırılan uşaqlarımızı, onların analarını və digər qadınları geri qaytarmağın birinci mərhələsini başa vurduq. Onların hər biri bütöv bir dünyadır. Amma mən sizə, girovluqda qalan digərlərinin ailələrə və İsrail vətəndaşlarına səslənirəm: biz qaçırılanların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq", - deyə Netanyahunun ofisi hökumət başçısının bəyanatını yayıb.

Baş nazirlik daha əvvəl bildirmişdi ki, Netanyahu və müdafiə naziri Yoav Qalant İsrail ordusunun Baş Qərargahının Təl-Əvivdəki əməliyyat mərkəzindən azad edilmiş girovların İsrailə gətirilməsi əməliyyatına nəzarət edir.