İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının saxladığı girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin əldə edilməyəcəyi barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

"Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir və ABŞ prezidenti Co Bayden administrasiyasının bu yaxınlarda bunu açıq şəkildə bildirməsi faktını alqışlayıram", - Netanyahu qeyd edib

Netanyahu əlavə edib: "İsrail razılaşmanı əngəlləyən tərəf deyil. Razılaşmaya mane olan HƏMAS-dır".