Qəzza zolağında humanitar fasilə zamanı 50-si qadın və uşaq olmaqla ümumilikdə 74 girov azad edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu rəqəmləri İsrailin baş naziri Benyamin Netanyahu da təsdiqləyib.

"Hazırda biz oğurlanmış 74 nəfəri, o cümlədən 50 uşaq və qadını ilkin plana uyğun olaraq azad etmişik. Biz planı tam şəkildə həyata keçirməli, qaçırılan qadın və uşaqlarımızın, daha sonra isə istisnasız olaraq hamının azadlığa buraxılmasına nail olmalıyıq", - Baş nazir bildirib.

Netanyahu vurğulayıb ki, İsrail HƏMAS hərəkatının hərbi-inzibati potensialını məhv etmək niyyətindən əl çəkməyəcək: "Biz hədəflərimizi yerinə yetirməkdə qərarlıyıq: oğurlananların hamısını azad etmək və bu terror təşkilatını quruda və yer altında məhv etmək. Təbii ki, Qəzza bundan sonra olduğu kimi qalmayacaq və İsrail dövləti üçün təhlükə yaratmayacaq".