"İsrail Qəzza zolağında HƏMAS hərəkatına qarşı hərbi əməliyyatla bağlı bütün qərarları müstəqil şəkildə qəbul edir və qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirilməsinə nail olmaq niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O, ABŞ-nin İsrail hakimiyyətini hərbi əməliyyatlar zamanı məhdudlaşdırmaqla prosesə təsir göstərməsi ilə bağlı iddiaları rədd edib.

Nazirlər Kabinetinin həftəlik iclasını açan Netanyahu qeyd edib ki, şənbə günü ABŞ prezidenti Co Baydenə zəng edib və güclü dəstəyə görə ona təşəkkür edib və söhbətdə İsrailin müharibəni "nə qədər davam etməsindən asılı olmayaraq, mütləq qələbəyə" çatdırmaq niyyətində olduğunu vurğulayıb. 

"Mən ABŞ-nin bölgədə əməliyyat tədbirləri keçirməyimizə mane olduğu barədə səhv məlumatlar görmüşəm. Bu doğru deyil. İsrail suveren dövlətdir. Müharibə ilə bağlı qərarlarımız əməliyyat mülahizələrimizə əsaslanır. Əməliyyatlar xarici təzyiqlə diktə edilmir. Qüvvələrimizdən necə istifadə etmək barədə qərar İDF-nin müstəqil qərarıdır, başqa heç kimin deyil", - deyə baş nazir bildirib.

O əmin edib ki, İsrailin Qəzza zolağındakı məqsədləri dəyişməz olaraq qalır: "Məqsəd missiyamızı, bütün missiyalarımızı, xüsusən də HƏMAS-ın məhv edilməsini və girovlarımızın qaytarılmasını, eyni zamanda əsgərlərimizin həyatını xilas etmək üçün hər şeyi yerinə yetirməkdir. Aydın olaq: ​​bu, uzun bir müharibə olacaq. Biz bütün girovlar qaytarılana qədər sona qədər döyüşəcək, HƏMAS məhv ediləcək və biz həm cənubda, həm də şimalda (Livanla sərhəddə – red.) təhlükəsizliyi bərpa etməyəcəyik", - Netanyahu əlavə edib.