Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qambay Vəzirov küçəsi, 2 a ünvanında yerləşən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Neftçi Futbol Akademiyası”nın inzibati binasının ümumi tikinti işləri ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edilir.

İqtisadiyyat.az xəbər verir ki, 2 mərtəbə və 1 zirzəmidən ibarət, ümumi sahəsi 1637.4 kv.m. olan layihədə tikinti işlərinin tamamlanması, fasad işləri, daxil bəzək işləri, havalandırma və isitmə-soyutma sistemi, qazanxana və istilik şəbəkəsi, kommunikasiya sistemi (su, qaz, elektrik və s.), təhlükəsizlik sistemi (yanğın, müşahidə və s.), elektrik avadanlığı və texnikası, həmçinin mebelləşdirmə kimi işlər nəzərdə tutulub.

Əlavə məlumatı +994 55 511 20 61 (Tələt Məmmədov) və tender@neftchi.az ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.

Açıq tender ilə əlaqədar olaraq, ətraflı məlumatı və müraciət formasını “Neftçi” PFK-nın rəsmi saytında əldə edə bilərsiniz: