ABŞ-nin faiz dərəcəsini artıracağına dair gözləntilər neft qiymətlərini ucuzlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 67 sent və ya 0,72% ucuzlaşaraq 92,86 ABŞ dolları olub.

“WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 71 sent və ya 0,79% azalaraq 88,95 ABŞ dolları təşkil edib.

 

Gözəl Həşimova