Dünyadakı geosiyasi narahatlıqlar, hasilatın azaldılması və inflyasiyanı cilovlamaq üçün qlobal tədbirlərin artırılması fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin mart müqaviləsində bir barelin qiyməti 18 sent və ya 0,2% bahalaşaraq 77,33 ABŞ dolları olub.

“WTI" markalı neftin fevral müqaviləsində bir barelin dəyəri isə 11 sent artaraq 71,88 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova