Dünya birjalarında neftin qiyməti artıb.

İqtisadiyyat.Az xəbər verir ki, birjalarda keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,70 dollar və ya 2,66% artaraq 65,70 dollar təşkil edib. Brent markalı neftin qiyməti isə 0,24 dollar və ya 0,32% artaraq 74,28 dollar təşkil edib.