Ötən il 1920 nəfərə icbari şəxsi sığorta verilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda sistemi təkmilləşdirməyə çalışırlar:

"Altsistemin yaradılması üzərində iş aparılır. Çalışırıq ki, vətəndaş sığorta almaq istəyəndə əlavə sənədlər toplamağa ehtiyac duymasın".

Qeyd edək ki, 2022-ci ilin fevralından icbari şəxsi sığorta üzrə vəsaitlərin toplanması və idarə edilməsi səlahiyyəti Dövlət Sosial Müdafiə Fonduna verilib.

O, həmçinin deyib ki, avqustun əvvəlindən etibarən Dövlət Sosial Müdafiə Fondu 1 milyard 50 milyon manat məbləğində investisiya qoyub:

“Vəsaitin 994,5 milyon manatı qiymətli kağızlar bazarında hərraclara, 52,5 milyon manatı isə banklarda depozit şəklində yerləşdirilib. Bu vəsaitlər maksimum risksiz maliyyə sahələrinə yönləndirilib".