Bu ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 474 min nəfərə sosial müavinət, 376 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 831 mln. manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 537 mln. manat ödənilib.

Yanvar-oktyabr aylarında 114 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 544 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.