Gənclər və idman naziri Fərid Qayıbov Şabran və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, qəbuldan öncə Şabran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub və dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Şabran şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda F.Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.