Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinə yeni müavini təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın Ali Məclisi Sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

Eyni zamanda quruma nazir təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Hüseyn Səfərova həvalə edilib.