Naxçıvan şəhərinin baş plan layihəsi çərçivəsində həyata keçiriləcək bəzi işlər üçün ayrılan vəsaitin məbləği açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən məlumat əldə edib.

Naxçıvan şəhərinin baş planının strateji konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həllərinin, şəhərin memarlıq üslubuna dair təlimatın hazırlanmasına başlanılır.

Bunun üçün 9.015.855,55 manat vəsaitin sərf olunacağı nəzərdə tutulub.

Xatırladaq ki, Naxçıvan şəhərinin baş planı sonuncu dəfə ötən əsrin 80-ci illərində hazırlanıb.