Naxçıvan Muxtar Respublikasında mülkiyyət hüquqlarının pozulması ilə bağlı ötən il məhkəməyə edilən mü­raciətlərin sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynov bildirib.

Onun sözlərinə görə, son 1 ili əhatə edən bu prosesdə vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı müraciətlər kifayət qədər çox olub: "2023-cü ilin yanvarın­dan ilin sonunadək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatına təkcə mülkiyyət hüquqlarının pozulması ilə bağlı əmlak və kompen­sasiya tələbi üzrə minədək iddia ərizə­si daxil olub. Bunlardan 534 iş üzrə id­dia tələbləri cavabdeh inzibati orqanlar tərəfindən məhkəmədənkənar qayda­da təmin edildiyindən həmin işlər üzrə ic­raata xitam verilməsi barədə qərardadlar qəbul edilib".

E.Hüseynov həmçinin bildirib ki, məhkəmədənkənar işlərdə iddiaçı ilə cavabdeh tərəf – icra hakimiy­yəti orqanları arasında mövcud problemin həll olunması təmin edildiyindən həmin işlərə də məhkəmə tərəfindən xitam ve­rilərək qərardad verilib: "Digər əsaslara gəldikdə 122 iş üzrə iddia tələblərinin icrasına xitam verilib. Onlardan 107-si iş üzrə iddia ərizəsi iddi­açı tərəfindən geri götürüldüyünə, 15 işin icraatına isə iddiaçının məhkəmə pro­sesindən yayındığına görə xitam verilib. Yəni, iş üzrə məhkəmə çağırışlarına eti­nasız yanaşdığına görə belə qərar qəbul edilib. Belə ki, 17 iş üzrə tələb olunan əm­laka dair mülkiyyət sənədlərinin olmama­sı əsası ilə mümkün sayılmaması barə­də məhkəmə tərəfindən qərardad qəbul edilib. Hazırda isə 327 iş məhkəmənin icraatındadır". 

Hakim təsdiq edib ki, mülkiyyət hüququ pozul­muş və məhkəməyə müraciət etmiş vətəndaşların yarıdan çoxunun prob­lemi cavabdeh tərəfindən həll oluna­raq işə xitam verilib:

"1000 iddia ərizəsi üzrə işdən 534-ü haqqında qərardad qəbul edilib. Burada cavabdeh tərəf kimi çıxış edən dövlət qurumları iddiaçının problemini həll edərək onun mülkiy­yət hüququnu təmin etdiyinə görə məhkəmə orqanına da heç bir ehti­yac qalmayıb. Digər tərəfdən bunu da qeyd et­məliyəm ki, vətəndaşların mülkiyyət hüquqlarının ədalətli, eyni zamanda, operativ şəkildə bərpa olunmasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin nümayən­dəliyinin fəaliyyətə başlamasının rolu və mövqeyi danılmazdır. Məhz Nax­çıvan Muxtar Respublikasında Azər­baycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli­nin həyata keçirilən bu tədbirləri diqqət mərkəzində saxlaması mülkiyyət hüquq­ları pozulmuş vətəndaşların qısa vaxt ərzində hüquqlarının təmin olunmasına imkan vermişdir". 

Qeyd edək ki, 2023-cü il Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın yeni mərhələyə daxil olduğu, zəruri islahatların gerçəkləşdirildiyi dövr kimi əlamətdar olub. Vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı ortaya çıxan problemlərin həll olunması isə sosial ədalət prinsiplərini bərpa etməklə ümumi məmnunluq yaradıb.