Naxçıvan Muxtar Respublikasında bu ilin altı ayında yardım alan ailələrin sayı 1500 nəfər olub.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyi 2023-cü ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası üzrə aztəminatlı ailələrə Ünvanlı Dövlət Sosial Yardımı təyin edilməsi və ödəniş aparılması ilə bağlı ötənilki dövrlə müqayisəli təhlilini təqdim edib.

2022-ci ildə ünvanlı dövlət yardımı almış vətəndaşların sayı 1626 nəfər və adambaşına düşən məbləğ 42 manat idisə, 2023-cü ilin altı ayında vətəndaşların sayı 3365 nəfər və adambaşına düşən məbləğ isə 70 manat olub.

Həmçinin, yardım alan ailələrin sayı isə 2023-cü ilin altı ayında 1500 nəfər, aylıq ödəniş məbləği isə 695 manat olub.