"NATO-ya üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri alyansın tarixində kvant texnologiyaları üzrə ilk strategiyanı təsdiqləyiblər". 

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Brüsseldə keçirilən görüşünün birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

"Bu gün müttəfiqlər NATO-nun tarixdə ilk kvant strategiyasını təsdiqlədilər. Kvant texnologiyaları bizim kibertəhlükəsizliyimizi və imkanlarımızı gücləndirə bilər. Onlardan haker hücumları üçün də istifadə oluna bilər", - Stoltenberq deyib.

Onun sözlərinə görə, yeni strategiya kvant texnologiyalarının verdiyi imkanlardan istifadə etməyə kömək edəcək: "Eyni zamanda, rəqiblərin bu texnologiyalardan bizə qarşı istifadə etmələrinin qarşısını almaq lazımdır".