200 Britaniya əsgəri NATO qüvvələrini (KFOR) gücləndirmək üçün Kosovoya gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının saytında dərc edilmiş bəyanatda deyilir.

Açıqlamaya görə, əlavə qüvvələr 400 nəfərlik kontingentin bir hissəsi olub. Hazırda KFOR-un 4,5 mindən çox üzvü var.

Britaniya Müdafiə Nazirliyi krallığın hərbçilərinin Priştinaya gəldiyini təsdiqləyib: "Qüvvələr bölgəyə NATO-nun Avropadakı Ali Baş Komandanı Kristofer Kavolinin tələbi ilə sentyabrın 24-də Kosovo polisinə hücumdan və regionda gərginliyin artmasından sonra göndərilib. Sülhməramlı qüvvələrə təkcə hərbçilər deyil, həm də əraziyə dəniz və hava yolu ilə gətirilən yüzlərlə texnika daxildir, - departamentin açıqlamasında deyilir.

Departament aydınlaşdırıb ki, cümə axşamı Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammitində Böyük Britaniyanın baş naziri Rişi Sunak həm Serbiya prezidenti Aleksandr Vuçiç, həm də Kosovonun prezidenti Vyos Osmani ilə regiondakı vəziyyəti müzakirə edərək, onları gərginliyi aradan qaldırmağa çağırıb.