NATO-ya üzv olan 32 ölkə, eləcə də Hind-Sakit Okean tərəfdaşlarının liderləri kritik danışıqlar üçün Vaşinqtonda bir araya gələcək.

İqtisadiyyat.az xəbər verir ki, NATO liderləri Ukraynaya dəstək və alyansın 75-ci ildönümü üçün ABŞ-də toplaşır.

Üç günlük sammit iyulun 9-11-də keçiriləcək və bu sammitə alyansın Hind-Sakit Okean tərəfdaşları - Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın liderləri ilə yanaşı, 32 üzv ölkənin dövlət və hökumət başçıları qatılacaq.

Sammitdə Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.

Bundan əlavə görüşdə müdafiə xərclərindən də danışılacaq. NATO-nun statistikasına görə, 32 üzvdən 23-ü alyansın dövlətlərin ümumi daxili məhsulunun ən azı 2%-ni müdafiəyə xərcləmələri barədə vədinə əməl edib.

 

Gözəl Həşimova