"Ukraynanın tələb etdiyi hərbi yardımın həcmi alyans ölkələrinin istehsal imkanlarını üstələyir".

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri, Hollandiya Hərbi Dəniz Qüvvələrinin admiralı Rob Bauer bildirib.

"Ukraynanın tələb etdiyi silah və sursatın həcmi çox böyükdür. İstifadə olunan silahların miqyası və həcmi bizim istehsal imkanlarımızı üstələyir", - o, NATO Baş Qərargahının illik konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib. 

Bauer həmçinin Kiyevin ehtiyaclarını qarşılayan əlavə amil kimi ittifaq ölkələrinin yardım həcmini təyin edərkən öz milli və regional təhlükəsizlik risklərini nəzərə almasının vacibliyinə işarə edərək, onları müdafiə istehsalı potensialının artırılmasında problemlərin həllini sürətləndirməyə çağırıb.

O qeyd edib ki, NATO-da Ukraynaya hərbi yardımın həcmi ilə yeni hərbi sifarişlər arasında balans yoxdur.