Çin hərbi proqramlarını ört-basdır etmək üçün mülki kosmos uçuşlarından və tədqiqatlardan istifadə edir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Bill Nelson ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin iclasında bildirib.
O qeyd edib ki, Çin, xüsusən də son on ildə inanılmaz irəliləyiş əldə edib.
"Lakin çinlilər son dərəcə gizli hərəkət edirlər. Düşünürük ki, onların mülki proqramları əslində hərbi proqramdır", - Nelson deyib.
NASA rəhbərinin sözlərinə görə, kosmosda Çin üzərində üstünlüyünü qorumaq üçün Vaşinqton Ay proqramına sərmayə qoymalıdır. Nelson Konqres komitəsinə xatırladıb ki, Çin 2030-cu ildə Çin astronavtı olan taikonavtı Aya endirməyi planlaşdırır.
Nelson əlavə edib ki, Aya uğurlu eniş olarsa, Pekin kosmosun bir hissəsini Çinin mülkiyyəti elan edəcək: "Mən narahatam ki, Çin Aya iddia edərək, "Bu bizim ərazimizdir, bizim ərazimizdən uzaq durun" deyəcək", - NASA rəhbəri bildirib.