Son beş ildə dünyada ən isti beş iyul ayı baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

NASA alimləri qeydlərin aparıldığı 1880-ci ildən bəri ən isti ayın 2023-cü ilin iyul ayı olduğunu təsdiqləyiblər. 

Vurğulanıb ki, son beş ildə ən isti beş iyul ayı yaşanıb.

"Ümumilikdə, 2023-cü ilin iyul ayı NASA-nın rekordu üzrə istənilən iyul ayından 0,24 dərəcə Selsi (C), 1951-1980-ci illərin orta iyulundan isə 1,18 dərəcə isti olub", - NASA-nın açıqlamasında deyilir.

Cənubi Amerika, Şimali Afrika, Şimali Amerika və Antarktika yarımadasının bəzi hissələrinin xüsusilə istilərə məruz qaldığı bildirilib. NASA bu bölgələrdə temperaturun ortalamanın təxminən 4 dərəcə üzərində artdığını qeyd edib.