Fransanın keçmiş imperatoru Napoleon Bonapartın papağı hərracda satışa çıxarılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Parisdəki "Osenat" hərrac evində keçirilən hərracda Bonapartın 19-cu əsrdə Fransa İmperiyasını idarə etdiyi dövrə aid papağı rekord qiymətə - 1,9 milyon avroya satılıb.

Papağı alan şəxsin kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, Napoleonun həyatı boyu təxminən 120 papağa sahib olduğu təxmin edilir və onlardan yalnız 20-si bu gün qalmaqdadır. Napoleonun papağı hərracdan əvvəl 600 min avro ilə 800 min avro arasında qiymətləndirilirdi.

 

Gözəl Həşimova