Myanmada davam edən münaqişələr və musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində təxminən 2 milyon insan ölkə daxilində didərgin düşüb.

Bu barədə İqtisadiyyat.az Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına istinadən xəbər verir.

Məlumata görə, Myanmada davam edən münaqişələr və musson daşqınları yeni yerdəyişmələrə, mülki insanların tələfatına və mülki əmlakın məhvinə səbəb olmaqda davam edir.

Hesabatda qeyd olunub ki, yerli və beynəlxalq humanitar tərəfdaşlar dərinləşən ehtiyacları həll etmək üçün yardım miqyasını artırmağa davam edir.

Qeyd edək ki, Myanma ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddiaları və ölkədəki siyasi gərginlikdən sonra 2021-ci il fevralın 1-də hökuməti ələ keçirib.

 

Gözəl Həşimova