Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində son 41 gündə yağan musson yağışları nəticəsində 199 nəfər həyatını itirib.

Bu barədə İqtisadiyyat.az "ANI News"a istinadən xəbər verir.

Səlahiyyətlilər həmçinin 31 nəfərin itkin düşdüyünü, 229 nəfərin isə yaralandığını açıqlayıb. Daşqınlar nəticəsində 7317 ev qismən zədələnib, 254 mağaza ziyan görüb.

 

Gözəl Həşimova