"Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) yüz səkkiz əməkdaşı Qəzza zolağında həlak olub". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə UNRWA-nın komissarı Filip Lazzarini bildirib.

"UNRWA-nın 108 əməkdaşının öldürüldüyü təsdiqləndi. Mən heç vaxt inanmazdım ki, Baş komissar kimi işçilərim üçün anım xidmətlərini əvvəlcədən planlaşdıracam. Bu, belə davam edə bilməz", - o, sosial media səhifəsində yazıb.

Son məlumatlara görə, İsrail tərəfində 1,4 mindən çox insan münaqişənin qurbanı olub, 5,2 mindən çox insan isə yaralanıb. İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində, anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, 7 mindən çox fələstinli həlak olub, 18,5 minə yaxın insan isə yaralanıb.