"Ukrayna Rusiya ilə müharibəyə hər gün 100 milyon dollar xərcləyir".

İqtisadiyyat.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oliksiy Reznikov bildirib.

"Vəsaitlərin böyük hissəsi orduya yönəldilib, lakin hələ də bir çox başqa ehtiyaclar var. Hərbi vəziyyət şəraitində ölkənin ciddi maliyyə dəstəyinə ehtiyacı var. İnfrastruktur, ölkənin bərpası, əhalinin sosial müdafiəsi üçün külli miqdarda pul lazımdır", - deyə nazir vurğulayıb.

 

Gözəl Həşimova