Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Onlara 5 000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 800 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 500-dən çox avtomobil verilib).

O da qeyd olunub ki, şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min şəxsə 46 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Müharibə ilə əlaqədar əlilliyi olan 1 941 şəxs 39 713 reabilitasiya vasitəsi, o cümlədən 432 şəxs 451 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.