Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini başa çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bundan əvvəl - oktyabrın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 13-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin oktyabr ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.