"Hərbi qulluqçularımız çağırışlarımız çap edilmiş məlumat vərəqələrini müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı keçirdiyi növbəti brifinqdə çıxış edən nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

O vurğulayıb ki, Azərbaycan tərəfi sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdadır və onların öz vəzifələrini icra etmələri üçün  zəruri şərait yaradılır.

Gülşən Şərif