Ukrayna Daxili İşlər Nazirliyi Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli axtarışa verib, patriarx "ibtidai istintaqdan gizlənən"lər siyahısına alınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. 

Məlumata əsasən, patriarx noyabrın 11-dən axtarışa verilib. O, "ibtidai istintaq orqanlarından gizlənən şəxslər" kateqoriyasındadır. Patriarx "Ukraynanın ərazi bütövlüyünü və toxunulmazlığını pozmaqda" ittiham olunur. Onun haqqında həmçinin həbs qətimkan tədbirini də seçilib.