Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada vətəndaşların kütləvi toplaşdığı bir vaxtda yəhudilərin dini qurumuna qarşı planlaşdırılan terror aktının qarşısını alıb.

İqtisadiyyat.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, terrorçu saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib. Onun Orta Asiya ölkələrindən birinin vətəndaşı olduğu bildirilir.

Terror aktı törətməyi planlaşdıran şəxsin yaşadığı ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu, o cümlədən partlayıcı maddələr aşkar edilərək götürülüb.