Rusiyanın paytaxtı Moskvada iki polis əməkdaşına hücum edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, polislərə hücum Moskva yaxınlığında narkotacirlərin yaxalanması əməliyyatı zamanı baş verib. Əməliyyat zamanı cinayətkarlar polislərə silahlı müqavimət göstəriblər.

Nəticədə polis əməkdaşlarından biri ölüb, digəri isə reanimasiyaya yerləşdirilib.

Cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi və tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.