Moldovanın yeni xarici işlər naziri vəzifəsinə parlament sədrinin müavini Mixay Popşoy təyin edilib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Reçan bildirib.

O, əvvəllər parlamentin Avrointeqrasiya və xarici siyasət Komissiyasının üzvü olub.

Xatırladaq ki, xarici işlər və avrointeqrasiya naziri Nikolay Popesku yanvarın 24-də istefa verib.

***

11.20

Moldovanın xarici işlər naziri Nikolay Popesku istefa verdiyini açıqlayıb.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

“Mən ölkənin xarici siyasət məqsədlərini uğurla yerinə yetirdikdən sonra baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verirəm. Lakin vəzifəmi tərk etdikdən sonra da hökumətə və onun komandasına Avropaya inteqrasiya prosesində dəstəyimi davam etdirəcəm”, - deyə Popesku mətbuata açıqlamasında bildirib. 

 

Gözəl Həşimova