Moldovanın Fövqəladə Hallar Komissiyası güclü qar yağması səbəbindən məktəblilərin tətilini iki gün uzatmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin "Prima sursa" teleqram kanalı məlumat yayıb.

Komissiyanın qərarına əsasən, ölkədə məktəblilərin tətili yanvarın 9-dan 11-dək uzadılıb. Kişinyov, Balti və digər şəhərlərdə qar və buz təmizləmə, kanalizasiya və risk altında olan insanlara xidmət göstərənlər istisna olmaqla dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Müxtəlif bölgələrində onlarla yaşayış məntəqəsi isə işıqsız qalıb.

Ölkədə güclü qar bir gün əvvəl başlayıb. Meteoroloqların məlumatına görə, qar gecə yarısından sonra dayanacaq.