Moldovada terror fəaliyyətində şübhəli bilinərək beynəlxalq axtarışa verilən Rusiya vətəndaşı saxlanılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Sərhəd Polisinin mətbuat xidmətindən məlumat verilib.

"37 yaşlı şəxs Rusiya hakimiyyəti tərəfindən axtarışda olub, o, terror fəaliyyətində iştirakda və beynəlxalq terror təşkilatları ilə əlaqədə şübhəli bilinir", - deyə idarədən bildirilib.

Qeyd edilib ki, şübhəli şəxs sərhədin Dnestryanı hissəsindən Moldova ərazisinə daxil olub. Onun barəsində ekstradisiya ilə bağlı məhkəmənin qərarına qədər 72 saat müddətinə həbs qətimkan tədbiri seçilib.