Moldova hökuməti təbii qazın alınması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) vasitəsilə Norveçdən 34 milyon avro qrant almağı planlaşdırır.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, ölkə parlamenti artıq bu sazişi təsdiqləyib. Bu vəsait təbii qazın alınması və ehtiyatların artırılması, həmçinin enerji təchizatçılarının diversifikasiyası üçün nəzərdə tutulub.

 

Gözəl Həşimova