Moldova, Rumıniya və ABŞ silahlı qüvvələri sentyabrın 10-dan 22-dək Moldovada “Rapid Trident” adlı birgə təlimlər keçirməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi bildirib.

"Təlimdə 500-ə yaxın Moldova, Rumıniya və ABŞ hərbçisi iştirak edəcək. Təlimə texniki bölmələr, eləcə də milli ordunun yüngül atıcı silahları və artilleriya sistemləri cəlb olunacaq", - nazirliyin açıqlamasında deyilir.

Bildirilib ki, tədbir Moldova ordusunun 2023-cü il üçün təlim planına uyğun olaraq keçirilir.