"Moldova MDB çərçivəsində 100-dən çox sazişi pisləyir, ölkə hökuməti bunu Avropa istəklərinə maneə hesab edir və düşünür ki, bu müqavilələr artıq işlək deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat katibi Daniel Voda brifinqdə bildirib.

"Hazırda MDB çərçivəsində 100-dən çox müqavilə bağlanıb ki, bu da vətəndaşlara sərf etmir, lakin yekun qərarı hökumətin müvafiq idarələri verməlidir. Artıq 70 sazişin denonsasiyası üçün hüquqi prosedurlara başlanılıb", - Voda bildirib. 

O aydınlaşdırıb ki, denonsasiya prosesi başlayan 2023-cü ilin əvvəlinə respublika Birlik çərçivəsində 282 müqavilənin iştirakçısı olub. 2023-cü ildə Moldova parlamenti MDB çərçivəsində bağlanmış 10-dan çox sazişi denonsasiya edib.

Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku qeyd edib ki, hazırkı hökumət Aİ-yə daxil olmağı özünün əsas məqsədi elan edib, ona görə də bütün xarici siyasət məqsədləri və beynəlxalq təşkilatlarda iştirak Avropa inteqrasiyasına tabe olacaq. Eyni zamanda, onun sələfləri əmin ediblər ki, Avropaya inteqrasiya prosesi Moldovanın digər ölkələrlə mövcud müqavilələrinə təsir etməyəcək. Respublika Qərblə Şərq arasında körpü kimi təqdim olunur.