Rusiyanın Baş naziri Mixail Mişustin müavinlərinə Moskva ilə Bakı arasında razılaşmaların yerinə yetirilməsinə diqqətlə nəzarət etməyi tapşırıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, ötən həftə Rusiyanın Baş naziri Azərbaycanda səfərdə olub və həmkarı ilə iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Onun Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşləri zamanı enerji, sənaye, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, əczaçılıq sahələrində əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Tərəflər birgə layihələr üzərində işi gücləndirmək və qarşılıqlı investisiyaların cəlb edilməsi üçün daha əlverişli şərait yaratmaq barədə razılığa gəliblər.

 

Gözəl Həşimova