Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş Naziri Əli Əsədov arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Mixail Mişustin Əli Əsədovu ad günü münasibətilə təbrik edib. Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının cari məsələlərini də müzakirə ediblər", - məlumatda deyilir.

MDB məkanında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun doğum günüdür. Onun 67 yaşı tamam olur.