HƏMAS və İsrailin əldə etdiyi döyüşlərdə humanitar fasilə razılaşması çərçivəsində yanacaq dolu yük maşınları Misirdən Qəzza zolağına girməyə başlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Qəzza tərəfindəki mənbələr yanacaq axınının başladığını təsdiqləyib.

Sözügedən yardım maşınlarının yanacaq və qaz daşıdığı qeyd edilib.

Qəzzada qarşıdurmanın ilk həftəsində bölgədəki yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən elektrik enerjisi istehsalını dayandırıb.

Daha sonra xəstəxanalar, telekommunikasiya şirkətləri, sağlamlıq mərkəzləri, evlər və quyulardan suyun çıxarılması üçün istifadə olunan generatorları işə salmaq üçün lazım olan yanacaq tükənib.

 

Gözəl Həşimova