Misir və ABŞ Qəzza zolağına humanitar yardımların həcmini genişləndirmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari məlumat verib.

"Sabah Misir və ABŞ tərəfindən Qəzzada həyata keçirilən humanitar səylər genişləndiriləcək", - o bildirib.

Həqari həmçinin qeyd edib ki, İsrail başlamadığı və istəmədiyi müharibə vəziyyətindədir: "HƏMAS məktəblərə, məscidlərə və xəstəxanalara sızaraq qəzzalılardan canlı qalxan kimi istifadə edir. Onlar mülki binaların içərisinə və altına sığınır, çünki onlar İDF-nin terrorçularla mülki sakinlər arasında fərq qoyduğunu bilirlər", - o əlavə edib.