1979-cu ildə İsrail və Misir arasında bağlanmış sülh müqaviləsi qüvvədə qalır. 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Ərəb Respublikasının xarici işlər naziri Semih Şükri Lyublyanada Sloveniyanın xarici işlər naziri Tanya Fayonla danışıqlardan sonra deyib.

"İsrail ilə sülh sazişi 40 ildir qüvvədədir və biz ona hörmət etməyə davam edəcəyik", - Şükri qeyd edib. O, İsrail girovlarının fələstinli məhbuslarla dəyişdirilməsi, atəşkəs və Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı diplomatik səyləri davam etdirəcək və razılığa gəlmək üçün bütün tərəflərlə əlaqə saxlayacağına söz verib. 

Fevralın 11-də "Associated Press" Misir rəsmilərinə və Qərb diplomatına istinadən iddia edib ki, Qahirə Rəfah şəhərinə qoşun göndəriləcəyi təqdirdə İsraillə "Kemp Devid" razılaşmasını dayandırmaqla hədələyir.

Misir və İsrail arasında ilkin sülh razılaşması 1978-ci ildə Kemp Deviddə (Meriland, ABŞ) əldə edilib. 1979-cu ildə "Kemp Devid" Sazişləri əsasında tərəflər ABŞ-nin himayəsi altında sülh müqaviləsi bağlayıblar.