"Avropa İttifaqı (Aİ) və ya Afrika İttifaqı kimi regional strukturlar dövlətlər və beynəlxalq ictimaiyyət arasında vasitəçi olmaq üçün BMT-də mühüm rol oynamalıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Avropa Şurasının rəhbəri Şarl Mişel Paris Sülh Forumunda çıxışı zamanı deyib.

"Mən öz fikrimi sizinlə bölüşmək istəyirəm. İnanıram ki, regional təşkilatlar - Avropa İttifaqı, Afrika İttifaqı və digər strukturlar BMT-də daha böyük rol oynamalıdır. Biz milli dövlətlə beynəlxalq təşkilatlar arasında təbii vasitəçiyik. Yaxın gələcəkdə mən bu ideyanı daha inkişaf etmiş formada təqdim edəcəyəm", - Mişel bildirib.

Avropa Şurasının rəhbəri həmçinin BMT-nin rolunun gücləndirilməsinə çağırıb, lakin bu təşkilatın zəifliyinə də toxunub. Buna səbəb kimi onun Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin təşkilatın qərarlarına veto qoymaq hüququna malik olmasını göstərib.