Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Beynəlxalq İnkişaf Agentliyinin (USAID) inzibatçısı Samanta Pauerin başçılıq etdiyi ABŞ nümayəndə heyətini qəbul edib və onunla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Konstruktiv və qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib", - məlumatda deyilir.

Həmçinin məlumat verilir ki, USAID Özbəkistanın səlahiyyətli orqanları ilə birlikdə respublikada səhiyyə, təhsil, yaşıl enerji, aqrobiznes və digər sahələrdə layihələr həyata keçirir.