Tunisin Şafaks əyaləti sahillərində immiqrantları daşıyan qayığın batması nəticəsində 11 nəfərin öldüyü, 44 nəfərin isə itkin düşdüyü bildirilib.

İqisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. 

Məlumata görə, Şafaks vilayətinin Karkenne adasında nizamsız miqrantları daşıyan qayıq batıb.

Hadisədə ölən 11 nəfərin cəsədinin tapıldığını, 44 immiqrantla əlaqənin kəsildiyini bildirilib.

Tunisin daxili işlər naziri Kamal əl-Fəki avqustun 2-də parlamentdəki çıxışında qeyd edib ki, bu ilin əvvəlindən iyulun 20-dək ölkəsinin sahillərində 901 cəsəd tapılıb.

Fəki bildirib ki, ölənlərdən 36-sı tunisli, 267-si əcnəbidir, qalanların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Liviya və Əlcəzairlə həmsərhəd olan Tunisə gəlir.

Tunisin cənub şəhərlərində məskunlaşan mühacirlər fürsət tapdıqca qayıqla Avropaya keçməyə çalışırlar.