Bu gün Mingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Mingəçevir sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, hadisə yarım saat bundan əvvəl qeydə alınıb.

Hadisə nəticəsində bəzi yerlərdə işıqların söndürüldüyü qeyd edilir.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, stansiyada yaranmış problem aradan qaldırılıb.

“Xırda texniki hadisə olub. Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb. Problem aradan qaldırılıb”, - deyə məlumatda bildirilib.