İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik xidmətlərin yaranmasının 105-ci ili münasibətilə diplomatları təbrik edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir "X" səhifəsində paylaşım edib.
"Bütün diplomatlarımıza bugünkü peşə bayramı münasibətilə təbriklərimizi çatdırırıq. Beynəlxalq tərəfdaşlarla əlaqələrimizin gücləndirilməsində fəal mövqeyiniz xüsusi əhəmiyyət kəsb edir. "Ölkəmizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə təşəkkür edirik!" - paylaşımda qeyd olunub.
Bütün diplomatlarımıza bugünkü #peşəbayramı münasibətilə təbriklərimizi çatdırırıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 9, 2024
Beynəlxalq tərəfdaşlarla əlaqələrimizin gücləndirilməsində fəal mövqeyiniz xüsusi əhəmiyyət kəsb edir.
Ölkəmizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə təşəkkür edirik!@AzerbaijanMFA pic.twitter.com/KTWQ1KHZn0